satellite   Azerspace-1: 11135 H 30000

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Transilvaniyanın etnik macarların üstünlük təşkil etdiyi Reqin şəhərində süni intellekt üçün 8 milyon avrodan çox dəyəri olan məlumat mərkəzinin yaradılması planlaşdırılır.

NTV xəbər verir ki, Rumıniyanın Expert IT şirkətinin həyata keçirdiyi layihənin ilk mərhələsində 7 serverdə 56 yüksəkməhsuldarlıqlı NVIDIA B300 qrafik prosessorunun quraşdırılması nəzərdə tutulur.

Serverlərin ilin sonunadək fəaliyyətə başlaması gözlənilir. Şirkət daha sonra layihəni əlavə 512 qrafik prosessoru ilə genişləndirmə imkanını da nəzərdən keçirir. İnvestisiya Reqində 1,7 hektarlıq ərazidə planlaşdırılan ümumilikdə 10 milyon avroluq inkişaf proqramının bir hissəsidir. Məlumata görə, layihənin əsas istiqamətlərindən biri səhiyyə olacaq.

Expert IT universitetləri ilə əməkdaşlıq edərək həkimlərə dəstək verən, tibbi görüntüləri təhlil edən və diaqnozun sürətləndirilməsinə kömək edən süni intellekt sistemləri hazırlamağı planlaşdırır. Xüsusilə onkologiya və kardiologiya sahələrində bu texnologiyaların böyük məlumat massivlərini və tibbi görüntüləri analiz etməsi nəzərdə tutulur. Transilvaniyada süni intellekt infrastrukturu üzrə digər iri layihələr də hazırlanır. Bu təşəbbüslər regionda süni intellekt mərkəzinə çevrilmək səylərinin tərkib hissəsidir və strateji əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM