Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryu Mauntbatten-Vindzora verdiyi şəxsi maliyyə dəstəyinin onun polisə qarşı məhkəmə çəkişməsinin xərclərini ödəmək üçün istifadə edilməməsini tələb edib.
NTV “The Telegraph”a istinadla xəbər verir ki, Bukingem Sarayındakı mənbə Kral Çarlzın Endryunun Temza Vadisi Polisi tərəfindən həbs olunmasının qanuniliyinə məhkəmədə etiraz etməsi prosesində iştirak etmədiyini bildirib. Mənbənin sözlərinə görə, Endryu Mauntbatten-Vindzora böyük qardaşından aldığı maliyyə vəsaitinin Ali Məhkəmədə qaldırdığı iddianın maliyyələşdirilməsinə sərf edilməməli olduğu açıq şəkildə bildirilib.
“The Telegraph” keçmiş şahzadənin dövlət vəzifəsində qanunsuz davranış şübhəsi ilə saxlanılmasının şəraiti ilə əlaqədar Temza Vadisi Polisinə qarşı hüquqi proses başladığını açıqlamışdı. İddia polisin axtarış orderini icra edərkən atdığı addımlarla bağlıdır.
Temza Vadisi Polisi isə hüquqi iddianın detallarının məxfi saxlanılması üçün müraciət edib. Oktyabrın 8-də Ali Məhkəmədə keçiriləcək dinləmədə məhkəmə sənədlərinə çıxışın məhdudlaşdırılması ilə bağlı bu müraciətə baxılacaq.
