satellite   Azerspace-1: 11135 H 30000

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 25-də Amerika fond bazarlarında artım müşahidə olunub.

NTV-nin məlumatına görə, Dow Jones indeksi 1.19% artaraq 43 089.02 bəndə, S&P 500 indeksi 1.10% yüksələrək 6 092.22 bəndə, Nasdaq Composite isə 1.43% qalxaraq 19 912.54 bəndə çatıb.

Avropa fond bazarlarında isə qarışıq dinamika qeydə alınıb. FTSE 100 indeksi 0.31% artaraq 8 785.49 bəndə yüksəldiyi halda, DAX indeksi 0.4% azalaraq 23 179.00 bəndə, CAC 40 indeksi isə 0.7% geriləyərək 7 483.00 bəndə enib.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.10% artaraq 1.1625 ABŞ dolları təşkil edib.

ABŞ bazarındakı yüksəlişə texnologiya sektorunda, xüsusilə süni intellekt və innovasiya sahəsindəki nikbinlik və gözləntilər səbəb olub. Avropa indekslərindəki eniş isə Almaniyada biznes etimadının zəifləməsi və Fransada iqtisadi tənəzzül siqnalları ilə izah olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM