satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Avropaya indiyədək 50 mlrd. kubmetr qaz ixrac edilib

Azərbaycandan Avropaya indiyədək 50 mlrd. kubmetr qaz ixrac edilib

Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 mlrd. kubmetrə çatıb.

NTV Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.

Bildirilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM