satellite   Azerspace-1: 11135 H 30000

Regiondakı gərginlik fonunda Azərbaycan əsas aviasiya qovşağına çevrilib

Regiondakı gərginlik fonunda Azərbaycan əsas aviasiya qovşağına çevrilib

ABŞ və İsrailin İrana gözlənilən hücumlarının başlaması fonunda bir sıra ölkələr hava məkanını bağlayıb və bu, beynəlxalq aviaşirkətləri təcili alternativ marşrutlar axtarmağa məcbur edib.

NTV xəbər verir ki, bu böhran fonunda Azərbaycanın hava məkanı dünya aviasiyası üçün ən təhlükəsiz və əsas tranzit qovşağına çevrilib.

"Flightradar24" ixtisaslaşmış aviasiya resursunun məlumatları izlənildiyi zaman sözügedən alternativ marşrut kimi Azərbaycanın ön plana çıxdığı müşahidə olunur.

Belə ki, hazırda beynəlxalq uçuşların böyük əksəriyyəti Azərbaycan hava məkanından keçməklə yerinə yetirilir. Bu, Azərbaycanın Şərq-Qərb hava dəhlizinin yeganə etibarlı "qapı"sı kimi önə çıxarmaqla yanaşı, Bakının sadəcə regional deyil, qlobal miqyasda strateji əhəmiyyətli logistik mərkəz statusunu bir daha təsdiqləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM