satellite   Azerspace-1: 11135 H 30000

Çində kimya zavodunda partlayış nəticəsində beş nəfər ölüb

Çində kimya zavodunda partlayış nəticəsində beş nəfər ölüb

Cümə günü Çinin şimalındakı Hebey əyalətinin Ui qəzasında yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində beş nəfər həlak olub, iki nəfər yaralanıb.

NTV “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat yayıb.

Ui qəzasının Fövqəladə halların idarə edilməsi departamentinin məlumatına görə, partlayış cümə günü saat 18:30 radələrində sexdə baş verib.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı başa çatıb. Yaralıların vəziyyətinin sabit olduğu bildirilir. Partlayışın səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM