satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub - YENİLƏNİB

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub <font color='red'> - YENİLƏNİB</font>

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin qəzaya uğramış “P-3 Orion” patrul təyyarəsinin göyərtəsində olan iki nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.

Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda xüsusi xidmət orqanları iki meyiti aşkar edə biliblər.

09:21

Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

NTV  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb", - agentlik bildirib.

Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.

Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM