satellite   Azerspace-1: 11135 H 30000

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Türkiyənin “Fənərbağça” komandasının ulduz futbolçusu Marko Asensio “Turan Tovuz”la yoldaşlıq oyununda iştirak edə biləcək.

NTV xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal mətbuat konfransında məlumat verib.

Mütəxəssis ispaniyalı yarımmüdafiəçinin səhhətinin yaxşı olduğunu və Bakıdakı matçda start heyətində meydana çıxacağını bildirib: “Asensionun əhvalı yüksəkdir. Düşünürəm ki, Superliqada “Rizespor”la oyuna qədər ən yaxşı formada hazırlaşaraq komandadakı yerini tuta bilər”.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” qarşılaşması saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM