Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürəcək.
NTV xəbər verir ki, açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.
