satellite   Azerspace-1: 11135 H 30000

"Real" müdafiəçisi Raul Asensio ilə yolları ayırmağı düşünmür

"Real" müdafiəçisi Raul Asensio ilə yolları ayırmağı düşünmür

İspaniya təmsilçisi "Real"ın (Madrid) müdafiəçisi Raul Asensio komandanı tərk etməyəcək.

NTV xarici mediaya istinadən xəbər verir ki, "Kral klubu"nun rəhbərliyi 22 yaşlı futbolçu ilə yolları ayırmaq variantını nəzərdən keçirmir.

Buna baxmayaraq, Asensionun xidmətində İngiltərə Premyer Liqasının iki klubu – "Çelsi" və "Liverpul" maraqlıdır.

Qeyd edək ki, Asensio "Real"ın yetirməsidir. O, əsas komandada debüt etdikdən sonra 80 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Onun Madrid kollektivi ilə hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM