satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pri yarışında iştirak ediblər

Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pri yarışında iştirak ediblər

Azərbaycanın fiqurlu konkisürənləri sentyabrın 24-26-da Gürcüstanın Batumi şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

NTV xəbər verir ki, turnirdə ölkəni Aleksandr Plyuşenko, Arina Kalugina, eləcə də buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə çıxışı zamanı 26 idmançı arasında 181.97 xal toplayaraq 10-cu pillədə yer alıb.

Arina Kalugina 35 iştirakçı arasında 160.02 xal qazanaraq 14-cü yeri tutub.

Anna Obrien və Drake Tonq cütlüyü isə ritm və sərbəst rəqs üzrə 119.27 xal yığaraq 18 cütlük arasında 12-ci sırada qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:27 28.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM