satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

Yaponiyalı üzgüçü Şin Ohaşi Asiya Oyunlarında kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında dünya rekordunu yeniləyib.

NTV xəbər verir ki, 17 yaşlı idmançı məsafəni 2 dəqiqə 4,83 saniyəyə qət edib. Bununla da o, 2023-cü ilin iyulundan çinli Qin Haiyanqa (2:05,48) məxsus olan dünya rekordunu 0,65 saniyə yaxşılaşdırıb.

Şin Ohaşi bu həftə 100 metr brass üsulu ilə üzmədə də qızıl medal qazanıb. O, finalda çinli Donq Jihau ilə eyni nəticə göstərərək birinci olub.

Qeyd edək ki, əvvəlki dünya rekordunun sahibi Qin Haiyanq Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM