satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Mark Bernal ilə yeni müqavilə imzalamağa yaxındır

"Barselona" Mark Bernal ilə yeni müqavilə imzalamağa yaxındır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubu yarımmüdafiəçisi Mark Bernal ilə 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalamağa yaxındır.

NTV "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun sözləşməsindəki xitam məbləği əvvəlki kimi 500 milyon avro olacaq.

M.Bernal Kataloniya təmsilçisinin akademiyasının yetirməsidir. O, 2024-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Qeyd edək ki, futbolçunun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatır. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

19:08 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM