satellite   Azerspace-1: 11135 H 30000

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında fəaliyyət göstərəcək hakimlərin sayı bəlli olub.

NTV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda 16 hakim iş başında olacaq.

4 hakim nəzarətçisi (Supervisor) və 3 hakimlik üzrə direktor (Refereeing Director) isə referilərin işinə nəzarət edəcək.

ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli azərbaycanlı referi Nazim Umbayev də mundialda ədalət təmsilçilərindən biri olacaq.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

19:08 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM