İngiltərənin "Tottenhem" klubunun sabiq yarımmüdafiəçisi İv Bissuma Niderlandın "Ayaks" komandasına transfer olunub.
NTV xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Ayaks" kollektivi yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, İ.Bissuma 2022-ci ilin yayından "Tottenhem"də çıxış edib və bu ilin iyununda müqavilə müddəti başa çatdıqdan sonra London təmsilçisindən ayrılıb. Futbolçu ötən mövsüm bütün turnirlərdə 11 matçda forma geyinsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.
"Transfermarkt" portalı onun dəyərini 10 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi Mali millisinin heyətində 111 matçda meydana çıxıb və 2 qol vurub.
