Uruqvaylı yarımmüdafiəçi Federiko Valverde "Real Madrid"in heyətində İspaniya çempionatında 250-ci matçına çıxıb.
NTV Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun yubiley oyunu "Elçe"yə qarşı keçirilən səfər matçına təsadüf edib.
Xatırladaq ki, "Real Madrid" həmin qarşılaşmada rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cari mövsümdə İspaniya çempionatında 6 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
