satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turu “Neftçi” üçün əlamətdar olacaq.

Peşəkar Futbol Liqasından NTV-yə verilən məlumata görə, səfərdə “Qəbələ” ilə qarşılaşacaq “ağ-qaralar ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Müstəqillik dövründə “Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov bununla bağlı qurumun rəsmi saytına fikirlərini bölüşüb: “İlk oyunumuz “Xəzər Sumqayıt”a qarşı idi. Güclü rəqib idi. Penaltidən ilk qola imza atdım. Qapıda Elxan Həsənov dayanmışdı. Həmin il ardıcıl 12 oyunda qol vurmuşdum. “Neftçi”də oynamaq uşaqlıq arzum idi. Hər kəsin arzusu bu formanı geyinmək idi. SSRİ çempionatında da qollar vururdum. Yaşımın çox olmasına baxmayaraq, indi də zərbələrim yaxşıdır”.

Hazırda “Neftçi”də çıxış edən kapitan Emin Mahmudov isə Bakı klubunda oynamağın böyük qürur olduğunu qeyd edib: “Hələ də bu klubda bütün arzularıma çatmamışam. Bir dəfə çempion olmuşam. Daha çox kubok qazanmaq istəyirik. Arzumuz bu il 90 illiyini keçirən “Neftçi” ilə çempionluq yaşamaqdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM