Belarus və ABŞ ikitərəfli gündəliyin indiyədək açıq qalan bir sıra məsələlərinin həlli üzrə işi davam etdirəcəklər.
NTV BelTA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul Minskdəki danışıqların yekunlarına əsasən bildirib.
"Tərəflər qalan məsələlərin həlli üzrə işi davam etdirəcəklər. Bütün məsələlər həllini tapdıqda və hər iki tərəflə razılaşdırıldıqda, şəxslərin əlavə olaraq azad edilməsi və Belarus şirkətlərindən sanksiyaların götürülməsi baş verəcək", - Koul deyib.
O qeyd edib ki, Minskdəki danışıqların hazırkı raundu çox məhsuldar olub.
"Həmişəki kimi, mən Belarusa təşəkkür edirəm və prezident Aleksandr Lukaşenkoya çox böyük təşəkkürümü bildirirəm", - ABŞ-nin xüsusi elçisi bildirib.
Belarus-ABŞ danışıqlarının hazırkı raundunun yekunları üzrə, həmçinin ABŞ-nin iki Belarus şirkətindən - "Lakokraska" ASC və "Bellesbumprom" konsernindən sanksiyaları ləğv etmək planları barədə də açıqlama verilib.
