satellite   Azerspace-1: 11135 H 30000

Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub

Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub

Qarışıq döyüş növləri üzrə (MMA) rusiyalı döyüşçü İslam Maxaçev Filadelfiyada keçirilən "UFC 330" turnirinin əsas döyüşündə irlandiyalı İen Qerri üzərində qələbə qazanıb.

NTV xəbər verir ki, beş raundun yekunlarına əsasən hakimlərin yekdil qərarı ilə qələbə rusiyalıya verilib.

Nəticədə 34 yaşlı Maxaçev yarımorta çəkidə UFC çempionu titulunu qoruyub.

O, 2025-ci ilin noyabrında Cek Della Maddalenaya qalib gələrək kəmərin sahibi olmuşdu.

İndi 29 yaşlı Maxaçevin MMA-da 29 qələbəsi və bir məğlubiyyəti var. 17 qələbəsi olan 28 yaşlı Qerri isə ikinci döyüşünü uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM