satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatına start verilib.

NTV xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Saleh Sultanov (J1, 81 kiloqram) ilk görüşünü qələbə ilə başa vurub.

İdmançı 1/4 final mərhələsində fransalı Cyril Jonardla qarşılaşıb və məğlub olub. Təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Zuzqovu məğlub edən Saleh Sultanov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Paracüdoçu həlledici görüşdə Gürcüstan təmsilçisi Mişiko Siobrişviliyə qalib gələrək, Avropa çempionatının bürünc medalına sahib olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM