satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

NTV xəbər verir ki, finala gedən yolda son dünya çempionu Argentina millisi İngiltərə yığması ilə qarşılaşıb. “Mersedes Bens” stadionunda təşkil olunan görüş Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 55-ci dəqiqədə İngiltərə millisinin heyətində Antoni Qordon açıb. Argentinalılar əvvəlcə 85-ci dəqiqədə Enzo Fernandesin uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa ediblər. Qələbə qolunun müəllifi isə Lautaro Martines olub. İtaliya "İnter"inin hücumçusu Lionel Messinin ötürməsini başla dəqiq tamamlayıb.

Beləliklə, Argentina millisi finalda İspaniyanın rəqibi olacaq. DÇ-2026-nın həlledici oyunu iyulun 19-da baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM