"Barselona" klubu İspaniya millisinin futbolçusu Pedro Porronun transferi üçün çalışır.
NTV "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 26 yaşlı cinah müdafiəçisinin heyətə cəlb olunmasını istəyib.
İngiltərənin "Tottenhem" klubu oyunçunu 80 milyon müqabilində buraxmağa hazırdır.
Xatırladaq ki, Pedro Porronun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.
