satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Premyer Liqasında mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

NTV çempionatın rəsmi saytına istinadən xəbər verir ki, mükafata iddiaçılar arasında “Arsenal”dan 3, “Mançester Siti”dən 2 oyunçu var.

Mövsümün oyunçusu adına namizədlər: Brunu Fernandeş (“Mançester Yunayted”), Qabriel, David Raya, Deklan Rays (hamısı “Arsenal”), Erlinq Holann, Antuan Semenyo (hər ikisi “Mançester Siti”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), İqor Tyaqo (“Brentford”).

Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 2 tur qalmış turnir cədvəlinə 79 xalla “Arsenal” başçılıq edir. Liderdən 2 xal az toplayan “Mançester Siti” isə 2-ci pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM