satellite   Azerspace-1: 11135 H 30000

Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib - FOTOLAR

Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font> Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font> Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font> Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font> Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font> Azad Əsgərov Naxçıvanda idmançılar üçün seminar keçib<font color=red> - FOTOLAR</font>

 

İyulun 17-si İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti, dünya çempionu Azad Əsgərov tərəfindən muxtar respublika idmançılarına taktiki-texniki seminar keçilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Turan” Döyüş Klunun təşkilatçılığı ilə reallaşan seminara 100-ə yaxın idmançı qatılıb. 

Tədbirdə klubun təsisçisi və baş məşqçisi Xəyal Abdullayev giriş sözü ilə çıxış edərək seminarın əhəmiyyətindən bəhs edib, Azad Əsgərov kimi təcrübəli və titullu idman xadiminin Naxçıvana gəlişini yerli MMA və qrapplinq idmançılarının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

Azad Əsgərov iştirakçıları salamlayaraq rəhbərlik etdiyi federasiya tərəfindən regionlarda bu idman növlərinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. O, Naxçıvan idmançılarının ölkə və beynəlxalq arenalarda qazandıqları nəticələrin, xüsusən də Röya Abdullayevanın Avropa çempionluğunu idmana göstərilən dövlət dəstəyinin, eləcə də bu sahədə əməyi olan insanların, məşqçilərin gərgin əməyinin bəhrəsi olduğunu deyib. Azad Əsgərov seminarın faydalı və nəticəyönümlü olacağına inamını ifadə edib.

Seminar isinmə hərəkətləri ilə başlayıb. Sonra müxtəlif taktiki və texniki elementlər üzrə praktiki məşğələlər keçirilib. İdmançılara qrapplinq və MMA texnikalarına dair nümunələr əyani şəkildə nümayiş etdirilib, real döyüş vəziyyətlərində tətbiq edilən fəndlər izah olunub. Seminar zamanı mütəxəssis iştirakçıların suallarını cavablandırıb, onların texniki göstəricilərini təhlil edərək fərdi tövsiyələr verib.

Əlavə edək ki, İyulun 18-i eyni məkanda MMA üzrə muxtar respublika açıq birinciliyi keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM