satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Yunanıstan klubunu təhlil etmək üçün zamanımız var”

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Yunanıstan klubunu təhlil etmək üçün zamanımız var”

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

NTV  xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, Yunanıstan təmsilçisi “Aris”in zəif kollektiv olmadığını bildirib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Yunanıstan klubunu hələ təhlil etməmişik. Püşk indi atıldı. Onları təhlil etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 24-ü və 31-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM