satellite   Azerspace-1: 11135 H 30000

"Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib - FOTOLAR

"Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font> "Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font> "Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font> "Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font> "Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font> "Sözümüz Vətəndir!" müsabiqəsi keçirilib<font color=red> - FOTOLAR</font>

 

28 May – Müstəqillik Gününə həsr olunmuş “Sözümüz Vətəndir!” adlı bədii qiraət müsabiqəsi məktəblilər arasında keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi müsabiqə məktəblilərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, istedadlı və yaradıcı şagirdlərin üzə çıxarılması məqsədinə xidmət edib.

İştirakçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Heyətdə Prezident mükafatçısı sənətşünas Şölə Alışova, Əməkdar artistlər Vidadi Rəcəbli və Nurbəniz Niftəliyeva, “Tərəqqi” medallı müəllim Fatimə Vəliyeva və təşkilatçı qurumların nümayəndələri olub.

Yekun nəticələrə əsasən, Culfa rayonu Saltaq kənd tam orta məktəbinin şagirdi Zərifə Cabbarlı müsabiqənin qalibi olub. Heydər Əliyev adına Hərbi Liseydən Kamil Şəmilov ikinci, Şahbuz rayonu Nursu kənd tam orta məktəbindən Nəzrin Zeynalova isə üçüncü yerə layiq görülüb.

Adıçəkilən iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM