satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı dəqiqləşib

“Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı dəqiqləşib

“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Klubdan NTV-yə bildirilib ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcəklər. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb.

Sparrinq-rəqiblər və tarixlər barədə əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM