satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atletləri ölkə birinciliyinin qalibləri sırasında - FOTOLAR

Naxçıvan atletləri ölkə birinciliyinin qalibləri sırasında <font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə birinciliyinin qalibləri sırasında <font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə birinciliyinin qalibləri sırasında <font color=red> - FOTOLAR</font> Naxçıvan atletləri ölkə birinciliyinin qalibləri sırasında <font color=red> - FOTOLAR</font>

Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən   NTV-yə verilən məlumata əsasən yarışda muxtar respublikadan iki idmançı qatılıb və hər ikisi ölkə çempionluğuna nail olub. Əmrah Nağıyev 10 km məsafədə 34 dəqiqə 14 saniyəlik, Namiq Babayev isə 2 km məsafədə 6 dəqiqə 15 saniyəlik göstəricilərlə qızıl medala sahib çıxıblar. Əmrah 10 km məsafədə şəxsi rekordunu (00:35:36) yeniləyib. 

Xatırladaq ki, həmin atletlərimiz sonuncu dəfə bu ilin fevralında keçirilən atletika üzrə Azərbaycan çempionatlarında da birinci olmuşdular. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM