satellite   Azerspace-1: 11135 H 30000

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Fransanın paytaxtı Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər.

Naxçıvan televiziyası "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, çərşənbə günü səhər yeməyində yumurtaya məhdudiyyət qoyulub.

İdmançılar qida ehtiyatlarının yığılmasının sürətindən də şikayətlənirlər.

Olimpiya kəndində bu sahəyə cavabdeh şirkət problemin olduğunu etiraf edib və onun həlli istiqamətində fəal iş aparıldığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM