satellite   Azerspace-1: 11135 H 30000

Argentina Futbol Assosiasiyası Olimpiadadakı oyundan sonra FİFA-ya şikayət edib

Argentina Futbol Assosiasiyası Olimpiadadakı oyundan sonra FİFA-ya şikayət edib

Argentina Futbol Federasiyası (AFA) Paris Olimpiya Oyunlarının qrup mərhələsinin birinci turu çərçivəsində Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FİFA intizam komitəsinə şikayət edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.

AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.

Komandalar arasında görüş ikinci hissənin əsas vaxtının 16-cı dəqiqəsində 2:2 hesabı ilə yarımçıq kəsilib. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatıb və argentinalıların ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM