satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib

"Real"ın sabiq futbolçusu IV Liqa klubuna keçib

İspaniyanın "Real" və İtaliyanın "Napoli" klublarının keçmiş yarımmüdafiəçisi Xose Kalyexon "Marbelya"ya keçib.

Naxçıvan televiziyası İspaniyanın IV Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2011/2012 mövsümündə “Real”ın heyətində İspaniya çempionu, “Napoli” ilə isə iki dəfə İtaliya kubokunun qalibi olub.

Kalyexon son iki mövsümdə “Qranada”da çıxış edib. O, ötən mövsüm La Liqada 25 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM