satellite   Azerspace-1: 11135 H 30000

UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

UEFA Ukraynanın “Dnepr-1” komandasını Konfrans Liqasından kənarlaşdırıb.

Naxçıvan televiziyası Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalması səbəb olub. Turnirin II təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiyası” komandası ilə qarşılaşmalı olan Ukrayna təmsilçisinə texniki məğlubiyyət verib.

Komanda daha əvvəl analoji səbəbdən Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb.

Qeyd edək ki, 2015-ci ildə əsası qoyulan “Dnepr-1” fəaliyyətini dayandıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM