satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Fənərbağça” İsveçrə klubuna qarşı

Çempionlar Liqası: “Fənərbağça” İsveçrə klubuna qarşı

Türkiyənin "Fənərbağça" komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə üz-üzə gələcək.

"Stokhorn Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bu, “Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında ilk rəsmi sınağı olacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda oynanılacaq. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" kollektivi ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM