Çempionlar Liqası: Mbappe qol sayında məşhur futbolçulara çatıb

Çempionlar Liqası: Mbappe qol sayında məşhur futbolçulara çatıb

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında vurulan qolların sayına görə isveçli Zlatan İbrahimoviç və ukraynalı Andrey Şevçenkoya çatıb.

NUHÇIXAN-ın məlumatına görə, 25 yaşlı hücumçu buna İspaniyada "Barselona"ya qalib gəldikləri 1/4 final mərhələsinin cavab matçında dubl etməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 48 dəfə fərqlənib.

O, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb. Rekord portuqaliyalı Kriştianu Ronalduya məxsusdur.

Çempionlar Liqasının bombardirləri

1. Kriştianu Ronaldu - 140 qol

2. Lionel Messi - 129

3. Robert Levandovski - 94

4. Kərim Benzema - 90

5. Raul Qonsales - 71

6. Rud van Nistelroy - 56

7. Tomas Müller - 54

8. Tyerri Anri - 50

9. Kilian Mbappe, Andrey Şevçenko, Zlatan İbrahimoviç - 48

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM