Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib - FOTOLAR

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən Forum Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında gerçəkləşib. Tədbirdə Naxçıvan şəhəri və muxtar respublika bölgələrində fəaliyyət göstərən gənclər, könüllülər, kursantlar, Vətən müharibəsi iştirakçıları, təşkilatçı qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Forum iştirakçıları əvvəlcə teatrın foyesində gənclərin uğur stendi, eləcə də rəsm sərgisi ilə tanış olublar. Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan gənclər siyasətindən və bu sahədə əldə olunan uğurlardan bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi nəticəsində Azərbaycan gənci bütün sahələrdə ardıcıl nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Sevindiricidir ki, Naxçıvan gəncləri də ölkə gəncliyinin aktiv bir parçası kimi istər təhsil, mədəniyyət, idman, istərsə də digər sahələrdə önəmli nailiyyətlərə imza atır, Vətən, cəmiyyət qarşısında faydalı fəaliyyətlər icra edirlər.

Forum Naxçıvan gənclərinin karyerası, şəxsi inkişafı, birgə fəaliyyəti və həmrəyliyinə töhfə kimi dəyərləndirilib. Çıxış edənlər gənclərə xitabən tövsiyyə xarakterli fikirlər səsləndirib, onlara daimi həmrəylik və uğurlu gələcək arzulayıblar.

Aktiv könüllülük fəaliyyəti və uğurları ilə seçilən Turanə Niftəliyeva gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib, iştirakçısı olduğu Forumun gənclər qarşısındakı müasir çağrışları, mənəvi gözləntiləri ilə birgə faydalı olacağına inamını ifadə edib.

Tədbirdə Naxçıvan gənclərinə həsr olunmuş videoçarx nümayiş olunub. Sonra isə Naxçıvan Dövlət Filarmoniyasının  Mahnı Ansamblının və Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi rəqqaslarının təqdimatında konsert proqramı izlənilib.  

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM