Naxçıvan Voleybol Federasiyası gələcəyin voleybol ulduzlarını axtarır

Naxçıvan Voleybol Federasiyası gələcəyin voleybol ulduzlarını axtarır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Voleybol Federasiyası potensiallı uşaq və yeniyetmələrin voleybol idman növünə qazandırılması və gələcəyin voleybol ulduzu ola biləcək istedadların üzə çıxarılması üçün növbəti dəfə “Seçim günü” elan edir.  Seçimlərdə 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü il təvəllüdlü oğlan və qızlar iştirak edə bilərlər. Seçimlər oğlanlar üçün 3 may 2024-cü il tarixində, qızlar üçün isə 4 may 2024-cü il tarixində saat 15:30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində aparılacaq.

Seçimlərdə iştirak üçün yaş qruplarında tələb olunan boy ölçüləri aşağıdakı kimidir:

Oğlanlar                                                                         

2008 – 1,85 sm və ondan hündür

2009 – 1,80 sm və ondan hündür                                           

2010 – 1,75 sm və ondan hündür                                      

2011 – 1,70 sm və ondan hündür                               

2012 – 1,65 sm və ondan hündür                                

2013 – 1,60 sm və ondan hündür   

Qızlar  

2008 – 1,75 sm və ondan hündür     

2009 – 1,70 sm və ondan hündür           

2010 – 1,65 sm və ondan hündür         

2011 – 1,60 sm və ondan hündür               

2012 – 1,55 sm və ondan hündür            

2013 – 1,50 sm və ondan hündür

Qeyd edək ki, müvafiq kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr Naxçıvanın müxtəlif yaş kateqoriyaları üzrə seçmə komandalarının baza tərkibinə daxil ediləcək və peşəkar voleybol məşqlərinə cəlb olunacaqlar.

Naxçıvan Voleybol Federasiyası gələcəyimiz olan uşaqların qayğısına qalan və daim onların uğurları üçün çalışan, dəstək olan valideynlərə öz təşəkkürünü bildirir.

Əlaqə telefonu: 070 611 20 20

 www.facebook.com/naxcivanvoleybol

www.instagram.com/naxcivanvoleybol

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM