Ordubad məktəbliləri “Sərhəd” hərbi-idman oyunlarında III yerin qalibi olub - FOTOLAR

Ordubad məktəbliləri  “Sərhəd” hərbi-idman oyunlarında III yerin  qalibi olub<font color=red> - FOTOLAR</font> Ordubad məktəbliləri  “Sərhəd” hərbi-idman oyunlarında III yerin  qalibi olub<font color=red> - FOTOLAR</font> Ordubad məktəbliləri  “Sərhəd” hərbi-idman oyunlarında III yerin  qalibi olub<font color=red> - FOTOLAR</font> Ordubad məktəbliləri  “Sərhəd” hərbi-idman oyunlarında III yerin  qalibi olub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, ümumilikdə üç mərhələdə keçirilən yarışlarda 38 sərhədyanı və digər rayonların 187 məktəbinin 875 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 11 komanda final mərhələsində mübarizələrini davam etdiriblər. 

“Sərhəd” hərbi-idman oyununun rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 20 komanda iştirak edib, onlardan 7-si zona mərhələsinə vəsiqə qazanıb. 

Zona mərhələsində isə Ordubad şəhər tam orta İnternat məktəbinin komandası qalib kimi, final mərhələsində muxtar respublikanı təmsil edib.       

Final mərhələsinin yekunlarına əsasən isə Ordubad şəhər tam orta İnternat məktəbinin “Ümid ” komandası üçüncü yerin qalibi olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM