Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub

Futzal üzrə Yüksək Liqada 2023-2024-cü illər mövsümünə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, bu gün sonuncu - XX turun qarşılaşmaları keçirilib.

“Record club” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub. Yüksək Liqada mövsümün son matçında isə çempionluğu daha əvvəl təmin edən “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. “Araz-Naxçıvan” rəqibini 8:0 hesabı ilə məğlub edib.

Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abqouna isə ən məhsuldar oyunçu nominasiyası üzrə mükafata layiq görülüb. “Neftçi”yə bürünc, “Baku Fire”ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AF

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM