Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb - FOTOLAR

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, aprelin 30-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə aprel ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.

Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin və tələbə-gənclərin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan televiziyasının doğum günü aprel ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 26 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək qeyd edib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz 2020-ci ildə düşməni məhv edərək Qarabağ zəfəri salnaməsini yazdı. 

Prezident İlham Əliyevin apardığı ardıcıl və dəqiq siyasət nəticəsində ötən il suverenliyimiz tam təmin olundu. Artıq Şuşada, Xankəndidə və işğaldan azad olunmuş digər ərazilərimizdə sürətli və geniş quruculuq işləri görülür, yeni binalar inşa edilir, park və xiyabanlar salınır, erməni xislətinin qurbanı olmuş tarixi abidələrimiz bərpa olunur. Bir sözlə, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün bunları qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.

Fuad Nəcəfli bildirib ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin şəhid ailələrinə diqqət və qayğısı Naxçıvan Muxtar Respublikasında da əsas sosial istiqamət kimi diqqətdə saxlanılır. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. 

Xalqımız və dövlətimiz vətən oğullarının qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlərin xatirəsini daim yad edəcək.

Tədbirdə şəhidlərimiz Ülvi Hüseynovun atası Möhsün Hüseynov, İslam Eyvazovun anası Aytən Eyvazova və Ələddin Dünyamalıyevin qızı Sevda Cəfərova çıxış edərək şəhidlik məqamının ucalığından bəhs edib, əzizlərinin xatirəsinin uca tutulmasına görə minnətdarlıqlarını bildiriblər.

Sonda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının hazırladığı “Yağış yağır Şuşaya” adlı bədii kompozisiya təqdim olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM