Ermənistan XİN: Rusiya ilə münasibətlərdə bəzi problemlər var, onların həlli üçün dialoq aparılır

Ermənistan XİN: Rusiya ilə münasibətlərdə bəzi problemlər var, onların həlli üçün dialoq aparılır

Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirib.

“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Onların arasında tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur”, - o vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM