satellite   Azerspace-1: 11135 H 30000

Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib - FOTOLAR

Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Respublika İdman Olimpiadasının qalibləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəblərinin Respublika İdman Olimpiadasında uğur qazanan dərnək üzvləri olan idmançıları ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov idmançıları, onların valideynlərini və məşqçi-müəllimlərini əldə etdikləri uğurlar münasibətilə təbrik edib.

Təhsil naziri Elxan Nəcəfov çıxışında qeyd edib ki, əldə olunan nəticələr Naxçıvanda idmanın, xüsusilə məktəbli idmançıların inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Nazir gənc idmançıların qazandıqları medallarla kifayətlənməyərək qarşıdakı yarışlarda daha böyük uğurlara imza atacaqlarına inamını ifadə edib, onlara möhkəm iradə, yüksək nəticələr və yeni qələbələr arzulayıb.

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında Naxçıvanın Uşaq-Gənclər İdman məktəblərinin idmançıları uğurla çıxış edərək 4 qızıl, 1 gümüş və 9 bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.

Görüş çərçivəsində qalib idmançılara Kapital Bank və “Sirab” ASC-nin hədiyyələr təqdim olunub.

Qızıl medalçılar: Ümid Musayev (top atma), Uğur Məmmədli (qaçaraq uzunluğa tullanma), Fəxrəddin Allahverdiyev (ağırlıqqaldırma), Məhəmməd Mustafayev (boks);

Gümüş medalçı: Ümid Hüseynov (ağırlıqqaldırma);

Bürünc medalçılar: Mikayıl Novruzov  (ağırlıqqaldırma), Nihad İmanov (cüdo), Murad Babayev (qaçış), Dünyamin Şirəliyev, Elmurad Kərimli, Səfər Həsənli və Rəvan Orucov (boks), Şamxal Əlizadə, Ramal Bağırov (güləş).

Qeyd edək ki, son dövrlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müxtəlif sənət və yaradıcılıq, idman sahələri üzrə ölkə və beynəlxalq səviyyəli müsabiqə və tədbirlərdə uğurlu nəticələr göstərərək Naxçıvanı layiqincə təmsil ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM