satellite   Azerspace-1: 11135 H 30000

İsa Həbibbəyli: Qafqaz Albaniyası ilə bağlı elmi tədqiqatlar sistemli şəkildə davam etdirilməlidir

İsa Həbibbəyli: Qafqaz Albaniyası ilə bağlı elmi tədqiqatlar sistemli şəkildə davam etdirilməlidir

Qafqaz Albaniyasına dair tarixi həqiqətlərin elmi cəhətdən əsaslandırılmış sübutlar, hər bir abidə ilə bağlı konkret məlumatlar və elmi nəticələr əsasında beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qafqaz Albaniyasının mədəni irsinə həsr olunan konfransda səsləndirib. AMEA prezidenti bildirib ki, Azərbaycan alimlərinin qarşısında yalnız müxtəlif iddialara cavab vermək deyil, eyni zamanda, Qafqaz Albaniyası ilə bağlı sistemli və ardıcıl tədqiqatlar aparmaq və bu istiqamətdə elmi əsərlər hazırlamaq vəzifəsi dayanır. Hazırlanmış məqalə və kitablar xarici dillərə tərcümə edilməli, zərurət yarandıqda beynəlxalq elmi ictimaiyyətə təqdim olunmalı və xaricdə yayılmalıdır.

İ.Həbibbəyli Qafqaz Albaniyasına dair yeni nəsil tədqiqatçıların hazırlanmasının, arxeoloji qazıntıların intensivləşdirilməsinin, yazılı mənbələrin yenidən araşdırılmasının və yeni elmi nəticələrin ortaya qoyulmasının vacibliyini vurğulayıb. Bildirib ki, Xudavəng monastırı ilə bağlı Ermənistan tərəfinin irəli sürdüyü iddialara dair AMEA-nın bəyanatında mövcud tarixi və elmi arqumentlər əksini tapıb. Onun sözlərinə görə, bu məsələdə alimlərin həm elmi, həm də vətəndaşlıq məsuliyyəti var.

AMEA prezidenti qeyd edib ki, Qafqaz Albaniyasının irsi Azərbaycan tarixinin mühüm istiqamətlərindən biridir və bu sahədə aparılan araşdırmalar davamlı xarakter daşımalıdır. İ.Həbibbəyli Azərbaycan alimlərinin Qafqaz Albaniyası ilə bağlı tədqiqatları beynəlxalq elmi mühitə çıxarmasının zəruriliyini bir daha diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM