satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib

Cəlilabadda iki kənd məktəbinin yeni binaları istifadəyə verilib

Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan tam orta ümumtəhsil məktəblərinin binaları Bilik Günü münasibətilə istifadəyə verilib.

NTV-nin məlumatına görə, sözügedən məktəb binalarının açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, həm Musalı, həm də Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbləri 180 şagird yerlik və iki mərtəbəlidir. Məktəblərdə sinif otağıları ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.

Həmçinin qapalı idman zalı ilə yanaşı, məktəblərin həyətyanı ərazilərində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi də salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM