satellite   Azerspace-1: 11135 H 30000

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb.

Elm və Təhsil Nazirliyindən NTV-yə bildirilib ki, saat 15:00-dan etibarən aktivləşdirilən elektron yerdəyişmə prosesi 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edir.

Şagirdlərin elektron yerdəyişməsi (sy.edu.az) portalı vasitəsilə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM