satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının biblioqrafik göstəricisi hazırlanıb

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının biblioqrafik göstəricisi hazırlanıb

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə “Elmi əsərlər” jurnalının biblioqrafik göstəricisi çap olunub. 

Bölmənin “Tusi” nəşriyyatında hazırlanan vəsaitin layihə rəhbəri və elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi isə Elmi Kitabxananın müdiri Samirə Salahovadır.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, yeni biblioqrafiyada jurnalın 2018-2026-cı illər ərzində işıq üzü görmüş 28 nömrəsinin ətraflı təsviri öz əksini tapıb. Həmçinin vəsaitin “Statistik göstəricilər” bölməsində jurnalın 51-78-ci nömrələrinə dair statistik məlumatlar təqdim olunub.

Qeyd edək ki, bu günə qədər ümumilikdə 78 nömrəsi çap olunan “Elmi əsərlər” jurnalı ölkəmizin ən nüfuzlu elmi nəşrlərindən biri hesab edilir. İldə dörd dəfə işıq üzü görən jurnal 2023-cü ildən etibarən fəaliyyətini ildə iki nömrə ilə davam etdirir. Bundan əlavə, ötən illərdə jurnalın “Aşıq Ələsgərə həsr edilmiş xüsusi nömrə” (2021) və “Əhməd Cavad – 130” (2022) adlı xüsusi buraxılışları da oxuculara təqdim olunub.

Vəsait elmi işçilər, tədqiqatçılar, doktorant və dissertantlar, eləcə də ali məktəb tələbələri üçün dəyərli mənbə rolunu oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM