satellite   Azerspace-1: 11135 H 30000

Mayın 17-də 775 nəfər PMS imtahanının II mərhələsində iştirak edəcək

Mayın 17-də 775 nəfər PMS imtahanının II mərhələsində iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 17-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.

Mərkəzdən NTV-yə  bildirilib ki, imtahan vermək üçün 775 nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə keçid vasitəsilə tanış ola bilərlər:

İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Üç saat davam edəcək imtahanda namizədə seçdiyi PMS növünә aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- İmtahana buraxılış vərəqəsi.

İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 50 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM