satellite   Azerspace-1: 11135 H 30000

DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib

DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib

 

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən NTV-yə  bildirilib ki, aprelin 23-ü saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 23 min 782, II ixtisas qrupu üzrə 18 min 863, III ixtisas qrupu üzrə 18 min 161 , IV istisas qrupu üzrə 4881 olmaqla, ümumilikdə isə 65 min 687 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM