satellite   Azerspace-1: 11135 H 30000

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində bu günədək 96 nəfər qalib olub

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində bu günədək 96 nəfər qalib olub

Bu günə qədər “Yüksəliş” müsabiqəsində 40 min nəfər iştirak üçün müraciət edib və 96 nəfər qalib olub.

NTV  xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsində çıxışında deyib.

Onun sözlərinə görə, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Hazırda sayca 5-ci müsabiqə keçirilir.

F.Hacıyev vurğulayıb ki, bu gün müsabiqənin məhz aqrar sahədə keçirilməsi də təsadüfi deyil: "Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət göstərilirdi. Azərbaycan aqrar sahədə hər zaman güclü mövqeyə malik olub və biz əminik ki, bu inkişaf bundan sonra da davam edəcək.

Hazırda ölkədə aparılan aqrar islahatlar, əldə edilən nailiyyətlər bir daha sübut edir ki, biz doğru yoldayıq. Bu, Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu çərçivədə aqrar sahədə belə bir müsabiqənin keçirilməsi və yeni mütəxəssislərin, kadrların seçilməsi tamamilə məntiqi və zəruri addımdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM