satellite   Azerspace-1: 11135 H 30000

COP31-da Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

COP31-da Afrikada su təhlükəsizliyinə diqqət çəkilib

Afrika İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Afrikada su təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində maliyyə resurslarına çıxışın asanlaşması çağırışı edib.

NTV  xəbər verir ki, COP31-də təşkil olunan “Afrika Günü”nün yekunlarını şərh edən Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf bildirib ki, bütün Afrika dövlətləri su təhlükəsizliyini milli iqlim strategiyasının mərkəzinə qoymalıdır.

Beynəlxalq maliyyə qurumlarını Afrika ölkələrinin iqlim maliyyəsini təmin etməyə dəvət edən M.Ə.Yusuf, "Bu gün iqlim sahəsinə cəlb olunan investisiyalar, sabah baş verəcək fəlakətlərin nəticələrini aradan qaldırmaqdan daha az vəsait tələb edəcək" deyib.

BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qeyt isə iqlim öhdəliklərinin Afrika ölkələrində real investisiyalara çevrilməsinin və özəl sektor resurslarının daha çox səfərbər olunmasının əhəmiyyətini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM