satellite   Azerspace-1: 11135 H 30000

İran ABŞ-nin kimyəvi və bioloji silahlarla bağlı ittihamlarını rədd edib

İran ABŞ-nin kimyəvi və bioloji silahlarla bağlı ittihamlarını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın bioloji və ya kimyəvi silahlar hazırlaması ilə bağlı ABŞ-nin irəli sürdüyü ittihamları təkzib edib.

NTV  “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Bəqai bu iddiaların nə dərəcədə etibarlı sübutlara əsaslandığı ilə bağlı suallar doğurduğunu bildirib.

İranın XİN rəsmisi əlavə edib ki, ABŞ-nin ittihamları əvvəlcə “İranın nüvə təhdidi” ilə bağlı iddialardan ibarət olduğu halda, indi Tehranın kimyəvi və bioloji silahlar hazırlaması ilə bağlı iddialarla əvəzlənib. Onun sözlərinə görə, bu iddialar 2003-cü ildə İraqın işğalından əvvəl ABŞ tərəfindən irəli sürülən bəyanatları xatırladır.

İranlı rəsmi bu xüsusda ABŞ-nin sabiq dövlət katibi Kolin Pauelin 2003-cü ilin fevralında BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışı da xatırladıb. Həmin vaxt Pauel İraqın kütləvi qırğın silahlarına malik olması ilə bağlı iddiaları sübut etmək məqsədilə ABŞ-nin təqdim etdiyi dəlillər çərçivəsində kiçik bir flakon nümayiş etdirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM